Dünya
Ermənistan Ədliyyə Nazirliyi: Yeni konstitusiyanın mətni dərcə hazır deyil
Ermənistanın yeni konstitusiyasının mətni dərcə hazır deyil, çünki Ədliyyə Nazirliyi həmkarlarından rəy və qeydlər gözləyir. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan yerli kanalların yayımladığı brifinqdə deyib. "Dünən (Vətəndaş Sazişi Partiyasının idarə heyətinin iclasında - red.) yeni konstitusiyanın mətninin dərc edilməsi ilə bağlı məsələni müzakirə etdik və hesab edirəm ki, ümumiləşdirmədən sonra yaxın vaxtlarda - belə deyirəm, çünki müəyyən həmkarlarımızın rəylərini gözləyirik və bu rəyləri toplamaq üçün bizə bir-iki həftə lazım olacaq - daha bir-iki müzakirə keçiriləcək və onda hazır olub-olmadığımızı anlayacağıq. Əvvəllər niyə dərc etmədiyimizin səbəbləri barədə: mən əvvəllər dəfələrlə demişdim ki, mətn hazır deyil və bir sıra həmkarlarımız öz qeydlərini təqdim etməyə zaman tapmayıblar", - deyə nazir diqqətə çatdırıb. Nazir əlavə edib ki, sənədin dərc edilməsi məsələsi fərdi şəkildə yox, ortaq qərar əsasında həllini tapmalıdır və müvafiq qərar qəbul edildikdən sonra mətn ictimaiyyətə açıqlanacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər