Dünya
Ukrayna Krıma gedən Çonqar körpüsünü partlatdığını bildirib - FOTO
Krım yarımadasını Ukraynanın materik hissəsi ilə əlaqələndirən Çonqar körpüsü ardıcıl PUA zərbələri nəticəsində tamamilə dağıdılıb. Oxu.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkoya istinadən məlumat yayıb.
Qeyd olunub ki, Çonqar körpüsü Rusiyanın nəzarəti altına aldığı Krımla Ukraynanın materik hissəsi arasında ən qısa və əlverişli yoldur. Rusiya hərbçiləri məhz bu marşrut vasitəsilə yarımadadan cəbhənin cənub istiqamətinə silah-sursat və hərbi texnika daşıyırdılar. Xatırladaq ki, Çonqar körpüsünə ilk hücum iyunun 7-si, bazar günü həyata keçirilib. Bundan sonra keçid üzərində hərəkət reversiv qaydada bərpa olunub. Lakin iyunun 9-da körpü yenidən pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib və nəticədə gediş-gəliş yenidən dayandırılıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər