Mədəniyyət
Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır?
"İlk monitorinq apardığımız sahələrdən biri ölkə ərazisində fəaliyyət göstərən və Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana strukturlarının və kitabxana müəssisələri olub". Oxu.Az xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində deyib.
Onun sözlərinə görə, monitorinq həm infrastrukturu, həm kadr potensialını, həm də kitabxana fondlarını, yəni məzmun fəaliyyətini əhatə edib: "Üç il ərzində kifayət qədər geniş həcmdə məlumat toplanıb. Hesab edirik ki, bu məlumatların toplanması və təhlili xüsusi həssaslıq tələb edir. Çünki kitabxana sahəsi bütövlükdə milli bilik mənbəyi kimi çıxış edən əsas təsisatlardan biridir. Burada aparılacaq islahatların nəticəyönümlü və səmərəli olması üçün ciddi təhlilə ehtiyac var. Bu təhlillər artıq sistemləşdirilib və düşünürük ki, kifayət qədər məlumat bazası formalaşıb. Komandamızın və bu sahənin peşəkar mütəxəssislərinin iştirakı ilə həmin məlumatlar ətraflı təhlil olunub". "Mədəniyyət Nazirliyi üçün kitabxanalar çox önəmli və vacib təsisatdır. Bəzən cəmiyyətdə belə fikirlərlə qarşılaşırıq ki, guya Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır və ya bu sahəyə münasibət soyuqdur. Bu, qətiyyən doğru deyil və belə bir mövqe qəbul edilə bilməz. Çünki kitabxanalar dövlətimiz üçün prioritet sahələrdən biridir. Məlumatın əldə olunması və maarifləndirmə fəaliyyətinin təmin edilməsi baxımından onların rolu əvəzsizdir", - deyə nazir əlavə edib.

Mənbə
oxu.az