Digər

Krımda qatarların gecə hərəkəti dayandırıldı

10 Jun 2026, 10:45 33 baxış
Krımda qatarların gecə hərəkəti dayandırıldı

Krımda gecə saatlarında sərnişin qatarlarının hərəkəti dayandırılıb.


Axar.az xəbər verir ki, bunu Krımın “rəhbəri” Sergey Aksyonov deyib.


“İyunun 10-dan etibarən Simferopola dəmir yolu nəqliyyatının girişi yalnız 5:00-dan 23:00-dək həyata keçiriləcək. Səkkiz reys gündüz saatlarında yerinə yetiriləcək. Gecə saatlarında hərəkət edən daha altı reys isə Kerç-Yujnaya dəmir yolu stansiyasına çatacaq və oradan sərnişinlər avtobuslara keçəcəklər”, - o bildirib.


Qeyd edək ki, Aksyonov dəyişikliklərin səbəblərini açıqlamayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər