Digər

ABŞ qüvvələri daim risk altındadır - Arakçı

10 Jun 2026, 01:00 3 baxış
ABŞ qüvvələri daim risk altındadır - Arakçı

Ərazimizə yaxın olan xarici qüvvələr öz səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma zonasına düşmək ehtimalı səbəbindən daimi risk altındadırlar.


Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı X səhifəsində yazıb.


İranlı nazirin sözlərinə görə, risklərin azaldılmasının ən yaxşı yolu həmin qüvvələrin bölgəni tərk etməsidir.


O bildirib ki, İran diplomatiya dilinə üstünlük verir, lakin zərurət yaranarsa başqa üsullardan da istifadə etməyi bacarır.


Qeyd edək ki, İran silahlı qüvvələri ABŞ-a məxsus “AH-64 Apaçi" zərbə helikopterini Hörmüz boğazı üzərində vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər