Digər

Litva 1 milyard avro dəyərində hərbi maşınlar alacaq

10 Jun 2026, 01:22 3 baxış
Litva 1 milyard avro dəyərində hərbi maşınlar alacaq

Litva ordu üçün 1 milyard avroya yolsuzluq avtomobilləri və yük maşınları da daxil olmaqla hərbi nəqliyyat vasitələri almaq niyyətindədir.


Axar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin məlumatında deyilir.


"Veho Lietuva" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, silahlı qüvvələr üçün MB G-Class yolsuzluq avtomobilləri, MB Unimog, MB Zetros və MB Arocs markalı yük avtomobilləri alınacaq", - deyə bildirilib.


Avadanlıqların çatdırılmasına 2026-cı ildə başlanacaq. Müqavilənin 2032-ci ildə başa çatması planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər