Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. "Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyun 10-da Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək. Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələri, Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq" , - məlumatda qeyd olunub.
Mənbə
oxu.az