Digər
İran ABŞ helikopterini nə ilə vurub? - Detallar
ABŞ-a məxsus "AH-64 Apaçi" zərbə helikopteri Hörmüz boğazı üzərində İranın kamikadze dronu tərəfindən vurulub.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, döyüş maşınına İranın "Şahid" kamikadze dronu ilə zərbə endirilib. Helikopterin heyətində olan iki nəfər Amerika pilotsuz kateri vasitəsilə xilas edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp helikopterin İran tərəfindən vurulduğunu təsdiqləyib.
Mənbə
axar.az