Digər
ABŞ qanadlı raketlərin kütləvi istehsalına başlayır
ABŞ Silahlı Qüvvələri FAMM (Family of Affordable Mass Munitions) proqramı çərçivəsində ucuz qanadlı raketlərin seriyalı istehsalına başlamağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Kennet Uilsbax Senatda keçirilən dinləmələr zamanı bildirib.
“FAMM təşəbbüsü çərçivəsində hazırlanan raketlər bu ilin sentyabrında istehsala buraxılmaq üzrədir”, - deyə Uilsbax bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə və Avropada baş verən hadisələr göstərib ki, silahların kütləvi istehsalı və yüksək sürətlə istehsal imkanları böyük əhəmiyyət daşıyır.
Mənbə
axar.az