Digər
Məşhur avtomobil şirkəti hərbi PUA-lar istehsal edəcək
Fransanın avtomobil şirkəti “Renault” müdafiə sahəsində fəaliyyət göstərən “Turgis & Gaillard” qrupu ilə əməkdaşlığa başlayaraq, bu ilin sonunadək hərbi təyinatlı pilotsuz uçuş aparatlarının kütləvi istehsalına start verməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Ketrin Votren “Ouest-France” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda layihə sınaq mərhələsindədir və ilk seriyalı istehsal avtomobil sənayesinə xas sənaye tempi ilə ilin sonuna qədər başlayacaq.
Mənbə
axar.az