Digər

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - Şok

09 Jun 2026, 23:46 2 baxış
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - Şok

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.


Axar.az xəbər verir ki, bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Məlumata görə, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır.


Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.


Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi və davranış pozuntulu xəstələrin ümumi sayı 111 560 nəfər təşkil edib.


Bundan əlavə, qeydiyyatda olan xəstələrin 79 968-i kişi, 31 592-si qadın olub.


Yaş bölgüsünə görə, qeydiyyatda olan xəstələrin 13 867-si 0-17 yaş, 29 723-ü 18-29 yaş, 22 851-i 30-39 yaş, 45 119-u isə 40 və yuxarı yaş qrupunda qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər