Digər
İrana hücum etməyə hazırıq - Eyal Zamir
İsrail ordusu yenidən İrana zərbə endirməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.
O bildirib ki, İranın yeni şərtlər diktə etmək, reallığı dəyişmək cəhdləri uğurlu alınmayacaq və İsrail ordusu Hizbullaha qarşı əməliyyatları davam etdirəcək:
“İsrail ordusu İranla döyüşə qayıtmaq üçün çevik hazırlığa malikdir. Biz İrana daha bir ağır və dərin zərbə vurmağa hazırıq”.
Mənbə
axar.az