Digər
Kubada güclü zəlzələ oldu
Kuba sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
Axar.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, zəlzələ 10 kilometr dərinlikdə baş verib. Dağıntı barədə informasiya yoxdur.
ABŞ Geoloji Xidməti isə zəlzələnin 6,1 bal gücündə olduğunu və episentrinin Kubanın Mantua şəhərindən 104 km şimal-qərbdə yerləşdiyini bildirib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Mənbə
axar.az