Cəmiyyət

Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı

09 Jun 2026, 19:30 16 baxış
Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı

ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə, Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib.


Axar.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.


"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", - məlumatda bildirilib.


Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.


Xatlırladaq ki, martın 10-da Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont Tehrandakı səfirliyin müvəqqəti olaraq Azərbaycanda fəaliyyət göstərəcəyini açıqlayıb. Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq isə aprelin 29-da Tehrandakı səfirliyin fəaliyyətini Bakıda davam etdirdiyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər