Digər

1567-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

09 Jun 2026, 18:06 1 baxış
1567-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1567-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 158 998 PUA-sı, 661 zenit-raket kompleksi, 29 677 tank və digər zirehli texnikası, 1 731 reaktiv yaylım atəş sistemi, 35 281 artilleriya və minaatanı, 63 687 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər