Cəmiyyət
İçkiyə ən çox pul xərcləyən bölgələr - SİYAHI
Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2.35 manat vəsait xərcləyib. Oxu.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb. Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3.9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1.4 manat. Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub: Qazax-Tovuz - 3.9 manat; Şəki-Zaqatala - 2.6 manat; Bakı - 2.5 manat; Gəncə-Daşkəsən - 2.5 manat; Abşeron-Xızı - 2.5 manat; Mərkəzi Aran - 2.5 manat; Qarabağ - 2.4 manat; Naxçıvan - 2.4 manat; Şərqi Zəngəzur - 2.2 manat; Mil-Muğan - 2.2 manat; Quba-Xaçmaz - 2 manat; Dağlıq Şirvan - 1.6 manat; Şirvan-Salyan - 1.5 manat; Lənkəran-Astara - 1.4 manat.
Mənbə
oxu.az