Cəmiyyət

İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı

09 Jun 2026, 17:14 14 baxış
İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı

Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.


Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.


Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub – ayda adambaşına orta hesabla 1,4 manat.


Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:


Bakı – 2,5 manat;


Abşeron–Xızı – 2,5 manat;


Dağlıq Şirvan – 1,6 manat;


Gəncə–Daşkəsən – 2,5 manat;


Qarabağ – 2,4 manat;


Qazax–Tovuz – 3,9 manat;


Quba–Xaçmaz – 2 manat;


Lənkəran–Astara – 1,4 manat;


Mərkəzi Aran – 2,5 manat;


Mil–Muğan – 2,2 manat;


Naxçıvan – 2,4 manat;


Şəki–Zaqatala – 2,6 manat;


Şərqi Zəngəzur – 2,2 manat;


Şirvan–Salyan – 1,5 manat.

Mənbə axar.az

Oxşar Xəbərlər