Cəmiyyət

Qəzada ağır xəsarət alanın yaxınları Sabunçu xəstəxanasında müalicədən İMTİNA ETDİLƏR

09 Jun 2026, 16:34 2 baxış
Qəzada ağır xəsarət alanın yaxınları Sabunçu xəstəxanasında müalicədən İMTİNA ETDİLƏR
Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Novxanı-Pirşağı yolu ərazisindən çağırış qeydə alınıb. "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 66 yaşlı şəxs (kişi) yol-nəqliyyat hadisəsi səbəbi ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarının küt travması və daxili qanaxma diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentin ailə üzvləri tərəfindən yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edilib", - deyə məlumatda bildirilib. Bakının Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, hadisə Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb. "Nissan Pathfinder" və KIA markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələri yararsız halda düşüb. Xəsarət alanların olduğu bildirilir. İlkin məlumatda hadisənin yüksək sürət səbəbindən baş verdiyi qeyd edilib. Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər