Cəmiyyət

Tıxac problemindən canını qurtarmaq istəyənlər nə etməlidirlər? - VİDEO

09 Jun 2026, 16:52 1 baxış
Tıxac problemindən canını qurtarmaq istəyənlər nə etməlidirlər? - VİDEO
Bakıda tıxac problemi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Yüzlərlə insan hər gün yollarda saatlarla vaxt itirir. Tıxaca düşməmək üçün şəhər mərkəzindən uzaq yerdə ev aldığını deyənlər də var. "Əvvəllər mərkəzə yaxın ərazidə qalırdım. Tıxac probleminə görə Buzovnadan ev aldım. Çox uzaq olduğundan şəhər mərkəzinə gəlmək üçün bir neçə nəqliyyat vasitəsi dəyişməli oluram. İki saata yaxın vaxtım gedir", - deyə Baku TV-nin mövzu ilə bağlı sorğusu zamanı paytaxt sakini söyləyib. Əmlak məsələləri üzrə ekspertlər bildirirlər ki, vətəndaşlar ev seçərkən qiymət və təmir qədər nəqliyyat amilinə də diqqət yetirməlidirlər. Həmçinin iş yerinə yaxın ərazidə ev almaq hər gün azı iki-üç saat vaxt qazandırır. Şəhərsalma üzrə mütəxəssislərin fikrincə isə urbanizasiya probleminin qarşısını almaq üçün həm də dünyanın inkişaf etmiş şəhərlərində həyata keçirilən müxtəlif metodlardan istifadə olunmalıdır. Çünki hazırda tıxacdan uzaq qalmaq üçün vətəndaşların axın etdiyi Hövsan, Günəşli kimi ərazilərdə də tıxacların yaranması qaçılmaz ola bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər