Cəmiyyət

Naxçıvanın baş naziri yeni qərar imzaladı

09 Jun 2026, 16:18 13 baxış
Naxçıvanın baş naziri yeni qərar imzaladı

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitlərinin Naxçıvan Muxtar Respublikasında xərclənməsi qaydalarında dəyişiklik edilib.


Axar.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.


Qərara əsasən, fondun hesabında ilin sonuna qalan, istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.


Daha əvvəl isə fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilirdi.

Mənbə axar.az

Oxşar Xəbərlər