Digər

İtaliya Ben-Qvirə qarşı istintaq başlatdı

09 Jun 2026, 15:36 3 baxış
İtaliya Ben-Qvirə qarşı istintaq başlatdı

İtaliya İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı istintaq başladıb.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


“İtaliyada prokurorlar İsrailin ötən ay Qəzzaya yardım aparan donanmanı ələ keçirməsindən sonra saxlanılan fəallara qarşı rəftara görə Ben-Qvirə qarşı istintaq başladıb.


Ben-Qvir işgəncə və adam oğurluğu şübhəsi ilə araşdırılır. Saxlanılan fəallar arasında İtaliya vətəndaşları da var idi.


Heç bir ittiham irəli sürülməyib və prokurorlar kifayət qədər dəlil olduğuna qərar verərsə, məhkəmə prosesi tələb etməli olacaqlar”, - məlumatda bildirilib.


Qeyd edək ki, ötən ay İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər