Cəmiyyət
Arazda batan yetiyetmənin axtarışı davam edir - Video
İyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Turan Mirağa oğlu Mirişlinin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Mənbə
axar.az