Cəmiyyət

Bu bazarda yoxlama aparıldı: Ciddi nöqsanlar... - Foto

09 Jun 2026, 12:58 4 baxış
Bu bazarda yoxlama aparıldı: Ciddi nöqsanlar... - Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Zülfüqaroğlu” MMC-yə məxsus “Tərtər” bazarında yoxlama keçiriblər.


Bu barədə Axar.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.


Bildirilib ki, bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.


Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər