Cəmiyyət
Bakıda oteldə kişi meyiti tapıldı
Bakıda oteldə meyit tapılıb.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən ooteldə qeydə alınıb.
Otelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə
axar.az