Dünya

ABŞ-də azyaşlı miqrantlara ölkəni tərk etmələri üçün pul ödəniləcək

11 Oct 2026, 06:04 4 baxış
ABŞ-də azyaşlı miqrantlara ölkəni tərk etmələri üçün pul ödəniləcək
ABŞ administrasiyası beş yaşından başlayaraq miqrant uşaqların ölkəni könüllü tərk etmələri müqabilində üç min dollar ödəməyə hazırdır. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg Law" portalı vəkillərə və hüquq müdafiə təşkilatlarına istinadən məlumat yayıb. Məlumata görə, bu təklifləri ya ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) nümayəndələri irəli sürür, ya da bu seçim barədə immiqrasiya məhkəmələrini məlumatlandırırlar. Bəzi hallarda uşaqlara təklif qanuni nümayəndələrinin iştirakı olmadan edilir. Ödəniş birdəfəlik aksiya kimi təqdim olunur və düşünmək üçün vaxt verilmir. 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın administrasiyası 14 yaşından başlayaraq azyaşlı miqrantlara ölkəni tərk etmələri müqabilində 2 500 dollar təklif etməyə başlayıb. Qeyd olunur ki, bu praktikanın daha azyaşlı uşaqlara da şamil edilməsi Vaşinqtonun azyaşlıların immiqrasiya işlərinə baxılmasını sürətləndirmək və deportasiyaların sayını artırmaq niyyətindən xəbər verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər