Cəmiyyət

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

09 Jun 2026, 10:24 3 baxış
Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan vəzifəsindən kənarlaşdırılıb.


Axar.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.


“Bu qərar Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna Tərəfdar Dövlətlər Assambleyasının Bürosu tərəfindən 8 iyun tarixində keçirilən iclasında qəbul edilib. Xan səs çoxluğu ilə vəzifəsindən uzaqlaşdırılıb”, - məlumatda deyilib.


Qərara səbəb prokurora qarşı cinsi təcavüz iddiaları ilə bağlı intizam icraatından sonra aparılan istintaq hesabatı olub.

Mənbə axar.az

Oxşar Xəbərlər