Cəmiyyət
Bərdədə hərbçimiz faciəvi şəkildə öldü
10:01
Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb.
Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb.
Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.
Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu.az-ın məlumatına görə, Orxan Əliyev hərbi qulluqçu olub.
Mənbə
axar.az