Cəmiyyət

Əfqan Sadıqov həbs edildi

09 Jun 2026, 09:25 2 baxış
Əfqan Sadıqov həbs edildi

Jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri seçilib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.


Qərara görə, onun barəsində iyulun 30-a qədər həbs qətimkan tədbiri seçilib.


Azel TV internet kanalının yaradıcısı Əfqan Sadıqov barəsində Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham elan edilib.


Qeyd edək ki, Əfqan Sadıqov bu ilin aprelində Gürcüstandan Azərbaycana deportasiya olunub.


Xatırladaq ki, Sadıqov 2022-ci ildə əfv sərəncamı ilə həbsdən azad olunub.


O, 2021-ci ildə azadlıqdan məhrum edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər