Cəmiyyət

Bu ərazilərdə işıq olmayacaq

09 Jun 2026, 00:09 2 baxış
Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində elektrik təchizatında fasilələr yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.


"İyunun 9-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zahid Xəlilov küçəsi, Mətbuat prospekti, 82 nömrəli uşaq baxçasının ətrafında yerləşən ərazilər, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər