Cəmiyyət
Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
Sabah Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 9-da saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
axar.az