Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərdə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 9 iyun saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Mənbə
oxu.az