Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23% artırıb

08 Jun 2026, 19:15 13 baxış
"Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23% artırıb

Bu ilin may ayında "Azərbaycan Dəmir Yolları" QSC 1,665 milyon ton yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.


Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.


Məlumata görə, ötən ay tranzit daşımaları 700,6 min ton təşkil edərək 1 il əvvəlki göstəricisini 34% üstələyib.


Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48% (398,5 min ton), Şimal-Cənub istiqaməti üzrə 26% (55,1 min ton), Şimal-Qərb istiqaməti üzrə isə 19% (236,5 min ton) artım qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər