İran ətrafında yaranmış vəziyyət... - Bayramov
İran ətrafında yaranmış vəziyyət dialoq yolu ilə həll olunmalıdır.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, görüş zamanı sözügedən proseslərin daha geniş coğrafiyaya, eləcə də region ölkələrinə təsirləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb:
"Münaqişələrin həlli istiqamətində tərəflər vahid yanaşma nümayiş etdirib. Yanaşmamız ondan ibarətdir ki, diplomatik və siyasi yollara üstünlük verilməli, beynəlxalq hüququn prinsiplərinə tam riayət olunmalıdır. Bölgədə ilk növbədə atəşkəsin təmin edilməsi, ona nail olunması və daha sonra bu prosesin qalıcı sülhə çevrilməsi bütün region üçün ən önəmli məqamlardan biridir".