Paşinyan bu müxalif deputatları ələ alacaq
Ermənistan hakimiyyətinin əlində parlamentə daxil olan müxalifət qüvvələrindən bəzi şəxslərə qarşı ittihamedici dəlillər var.
Axar.az xəbər verir ki, bunu “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan deyib.
“Seçkilərin qalibi olan Paşinyan parlamentdə konstitusiya çoxluğunu təmin etməsə belə (məsələn, Konstitusiya islahatı üçün – red.), müxalifət düşərgəsindən bir çox millət vəkilini öz tərəfinə çəkə biləcək. Müxalifət siyahılarında çoxlu “həssas” insan var və bu, özünü hiss etdirəcək. Xalq bir daha indiki ilə əvvəlkilər arasında seçim etdi və bu, siyasi sahənin “səhralaşması”na gətirib çıxarır. Xalqımız, mahiyyət etibarilə, siyasi səhraya səs verib. Yeni parlament indikindən daha pis olacaq. Bu, deqradasiyanın son mərhələsidir. Siyasi ideyalar irəli sürən bir dənə də olsun siyasi qüvvə parlamentə daxil olmadı”, - o bildirib.
Qeyd edək ki, ən son məlumata görə, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın partiyası (Mülki Müqavilə) 64, Samvel Karapetyanın partiyası (Güclü Ermənistan) 29, Robert Köçəryanın bloku (“Ermənistan”) isə 12 mandat əldə edib.