Digər

Zelenski Paşinyanı təbrik, Avropaya isə çağırış etdi

08 Jun 2026, 13:35 10 baxış
Zelenski Paşinyanı təbrik, Avropaya isə çağırış etdi

Ermənistanı demokratik və azad seçkilər keçirdiyinə görə, Baş nazir Nikol Paşinyanı isə qələbəsi münasibətilə təbrik edirəm.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


“Bu, həm də Ermənistanın suverenliyi, müstəqilliyiniz və istədiyiniz kimi yaşamaq hüququnuz üçün qələbədir. Sizə uğurlar arzulayırıq.


Ukrayna əməkdaşlığımızı genişləndirməyə hazırdır və indi Avropa Birliyinin Ermənistana real dəstək göstərməsinin və insanların Avropa ilə münasibətlər sayəsində həyatlarının daha yaxşı hala gəldiyini hiss etmələri üçün lazım olan hər şeyi etməsinin vaxtıdır.


Bu, Avropa Birliyi üçün bir sınaqdır. Vaxt itirməmək və ya fürsətləri əldən verməmək vacibdir”, - Zelenski bildirib.


Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası 49.82 faiz səslə qalib gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər