Digər
Yeni hücum: İran İsrailə ballistik raketlər atdı - Foto
İran İsrailə yeni hücum dalğasını həyata keçirir.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, İrandan İsrailə doğru ballistik raket atıldığı aşkar edilib.
Məlumata görə, paytaxt Təl-Əvivdəki İçilov Tibb Mərkəzi təcili yardım şöbələrini yeraltı hissələrə köçürməyə başlayıb.
Qeyd edək ki, səhər saatlarından başlayaraq tərəflər bir-birilərinə qarşılıqlı hücumlar həyata keçirirlər.
Mənbə
axar.az