Digər

Tokayev Paşinyanı təbrik etdi

08 Jun 2026, 10:08 16 baxış
Tokayev Paşinyanı təbrik etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.


“Dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanı təmsil etdiyi Mülki Müqavilə Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib”, - məlumatda deyilib.


Tokayev Paşinyana Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb.


Qeyd edək ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Son nəticələrə görə, Paşinyanın Mülki Müqavilə Partiyası irəlidədir.

Mənbə axar.az

Oxşar Xəbərlər