İdman
Elşad Quliyev: "Qazaxıstanla oyunadək belə çətinlik görməmişdik"
"Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında indiyədək belə çətinlik yaşamayıb". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib. Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bölüşüb: "Çətin oyun alındı. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. Öz futbolçularımı da təbrik edirəm. Pley-off görüşləri ağır keçir. Daha diqqətli oynamaq istədik. İndiyədək belə çətinlik yaşamırdıq. Rəqiblər bir-birini tanıyırlar. Gözlənilmədən qol buraxdıq. Bu da nəticəyə təsir etdi. Dəyişiklik etdik və oyunu dəyişməyi bacardıq. Rəqib kobud oynayırdı. Bunu gözləyirdik. Belə matçlar görmüşük. Buna da hazırlıqlı idik və öhdəsindən gələ bildik". Mütəxəssis 1/4 finaldakı rəqib Çexiyanın çox güclü olduğunu sözlərinə əlavə edib: "Erkən final olacaq. Yaxşı və hazırlıqlı komandadır".
Mənbə
oxu.az