İdman
Ferhat Gündoğdu da həbs edildi
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin sədri (MHK) Ferhat Gündoğdu həbs edilib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir. Bildirilir ki, "Hakimlər dosyesi" istintaqı çərçivəsində saxlanılan və aralarında MHK Prezidenti Ferhat Gündoğdunun da olduğu yeddi şübhəlidən beşi barəsində həbs qərarı verilib. İki şübhəliyə isə ölkə xaricinə səyahət qadağası qoyularaq, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. İstintaq çərçivəsində həbs olunanlar aşağıdakılardır: Ferhat Gündoğdu (Mərkəzi Hakim Komitəsi - MHK sədri); Ferdi Karadoruk (TFF Aktiv Futbol Hakimləri və Müşahidəçiləri Assosiasiyasının sədri); Yunus Yıldırım (Keçmiş TFF MHK üzvü); Alican Sağlar (TFF Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul Şöbəsinin təşkilat rəhbəri); Emre Kosif (TFF Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul Vilayət Hakim Komitəsinin sədri). Məhkəmə nəzarəti altında Ahmet Şahin (TFF MHK-nın keçmiş vitse-prezidenti) və Sebahattin Şahin (MHK üzvü və TFF Təhsil və 4-cü regional koordinatoru) sərbəst buraxılıblar.
Mənbə
oxu.az