İdman

"Sabah" Velko Simiçlə yeni müqavilə imzaladı

01 Jun 2026, 23:24 1 baxış
"Sabah" Velko Simiçlə yeni müqavilə imzaladı
"Sabah" futbol klubu serbiyalı futbolçu Velko Simiçlə yeni müqavilə imzalayıb. Klubdan Oxu.Az-a verilən məlumata görə, tərəflər arasında bağlanan yeni müqavilə iki il müddətinə nəzərdə tutulub. Bildirilib ki, Simiç komandaya azad agent kimi qoşulduğundan onun transferi üçün hər hansı ödəniş edilməyib. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi ötən ilin avqustunda Türkiyənin "Sivasspor" klubundan icarə əsasında "Sabah"a transfer olunmuşdu. O, hazırkı ölkə çempionunun heyətində keçirdiyi 34 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb. Velko Simiç son mövsümdə "Sabah"ın heyətində Azərbaycan Kubokunun və ölkə çempionatının qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər