İdman

44 yaşlı Serena Uilyams tennis karyerasını bərpa edir

01 Jun 2026, 20:48 2 baxış
44 yaşlı Serena Uilyams tennis karyerasını bərpa edir
Tennis üzrə Böyük Dəbilqə turnirlərinin 23 qat qalibi, dünyanın keçmiş bir nömrəli raketka ustası, 44 yaşlı amerikalı Serena Uilyams rəsmən tennisə qayıdır. Oxu.Az bu barədə Championat.com-a istinadən xəbər verir. Londonun "WTA-500" kateqoriyalı ot örtüklü turnirin təşkilatçıları əfsanəvi amerikalının 2026-cı ildə cütlüklər arasında keçiriləcək yarışlarda çıxış edəcəyini elan ediblər. Turnir iyunun 8-dən 14-dək baş tutacaq. 44 yaşlı Uilyams karyerasını 2022-ci ABŞ açıq çempionatından (US Open) sonra bitirmişdi. Həmin vaxt Serena üçüncü mərhələdə avstraliyalı Ayla Tomlyanoviçə məğlub olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər