İdman
Səudiyyə Ərəbistanından sürpriz addım: Dünya çempionatına pulsuz biletlər paylanılır
Səudiyyə Ərəbistanı Futbol Federasiyası azarkeşləri üçün əsl sürprizə imza atıb: qarşıdan gələn dünya çempionatının matçlarına pulsuz biletlərin kütləvi paylanmasına başlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat Səudiyyə Ərəbistanının ABŞ-dəki səfirliyinin rəsmi səhifəsində yayımlanıb. Bu gözlənilməz qərar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) tribunalarda azarkeş qıtlığı yaşana biləcəyi ilə bağlı yaranan ciddi narahatlıqları fonunda verilib. "Futbol üzrə dünya çempionatına gerisayım artıq başlayıb. Bu möhtəşəm hadisə münasibətilə Səudiyyə Ərəbistanı Futbol Federasiyası hazırda ABŞ-də olan milli komanda azarkeşlərinə pulsuz biletlər təklif edir. İştirak etmək sizdən, biletlər isə bizdən", - deyə qurumun bəyanatında qeyd olunur. Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək davam edəcək. Tarixi turnirin oyunlarına eyni anda üç ölkənin - ABŞ, Kanada və Meksikanın nəhəng stadionları ev sahibliyi edəcəklər. Qarşılaşmalar üçün biletlərin rəsmi qiyməti 100-6 370 dollar arasında dəyişir.
Mənbə
oxu.az