İdman

Toral Bayramovun transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var

01 Jun 2026, 15:56 1 baxış
Toral Bayramovun transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
Azərbaycan milli komandasının üzvü Toral Bayramovun çıxış edəcəyi yeni klubu "Bursaspor"un maliyyə öhdəliklərinə aydınlıq gəlib. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkə təmsilçisinin hazırda 7.3 milyon avro məbləğində borcunun olduğu bildirilir. Ciddi maliyyə kəsirinə baxmayaraq, klub yay transfer pəncərəsi dövründə ümumi dəyəri 20 milyon avroya çatan iddialı bir komanda formalaşdırmaq niyyətindədir. Xatırladaq ki, Toral Bayramov başa çatan mövsümün sonunda "Qarabağ"dan "Bursaspor"a transfer olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər