İdman

Zidanın oğlu dünya çempionatında oynayacaq?

01 Jun 2026, 15:52 1 baxış
Zidanın oğlu dünya çempionatında oynayacaq?

Afrika qitəsinin ən güclü futbol komandalarından biri olan Əlcəzair 2026-cı il Dünya çempionatı üçün heyətini dəqiqləşdirib.


Axar.az xəbər verir ki, Vladimir Petkoviçin rəhbərlik etdiyi "Səhra tülküləri”nin məşqçilər heyəti heyətə əsasən Avropa liqalarında mübarizə aparan tanınmış oyunçuları daxil edib.


Bu siyahıda əfsanəvi fransız Zinəddin Zidanın oğlu, bu yaxınlarda Əlcəzair formasını geyinən Lyuka da var.


Qapıçılar: Ussama Benbut (“USM Əlcəzair”), Melvin Mastil (“Nyon”), Lukas Zidan (“Qranada”) və Abdelatif Ramdan (“MC Əlcəzair”).


Müdafiəçilər: Rafik Belqali (“Verona”), Samir Şerqi (“Paris”), Rayan Ait-Nuri (“Mançester Siti”), Jauan Hadcam (“Yanq Boyz”), Aissa Mandi (“Lill”), Rami Bensebayni (“Borussiya” Dortmund), Zinəddin Belaid (“Kabili”), Aşref Abada (“Şlef”) və Mohamed Tuqai (“Esperans”).


Yarımmüdafiəçilər: Nabil Bentaleb (“Lill”), Hişam Budaui (“Nitsa”), Ussem Auar (“Əl-İttihad”), Fares Şaibi (“Ayntraxt” Frankfurt), Yasin Tetraui (“Şarlerua”), Ramiz Zerruki (“Tvente”), Adil Bulebina (“Əl-Duhayl”), Anis Hac - Mussa (“Feyenoord”) və Riyad Mahrez (“Əl-Əhli”).


Hücumçular: İbrahim Maza (“Bayer”), Məhəmməd Amura (“Volfsburq”), Nadir Benbuali (“Dyor”) və Amin Quiri (“Marsel”).


2026-cı il Dünya çempionatında Əlcəzair Argentina, Avstriya və İordaniya ilə birlikdə J qrupunda mübarizə aparacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər