İdman

Premyer Liqanın rekordçusu 40 yaşında karyerasını başa vurdu - FOTO

01 Jun 2026, 13:20 1 baxış
Premyer Liqanın rekordçusu 40 yaşında karyerasını başa vurdu - FOTO
İngiltərə yığmasının sabiq üzvü Ceyms Milner 40 yaşında peşəkar futbol karyerasına son qoyduğunu elan edib. Oxu.Az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Karyerasının son üç mövsümünü "Brayton" klubunda keçirən C.Milner İngiltərə Premyer Liqasında ümumilikdə 658 matçda meydana çıxaraq, turnirin tarixinə mütləq rekordçu kimi adını yazdırıb. Xatırladaq ki, bütün peşəkar fəaliyyəti boyu yalnız vətənində çıxış edən C.Milner "Brayton"dan əlavə "Liverpul", "Mançester Siti", "Aston Villa", "Nyukasl" və "Lids" kimi köklü klubların şərəfini qoruyub. Zəngin karyerası ərzində, o, üç dəfə İngiltərə çempionluğu və bir dəfə UEFA Çempionlar Liqasının kuboku da daxil olmaqla, ümumilikdə 13 fərqli titulun sahibidir.
Premyer Liqanın rekordçusu 40 yaşında karyerasını başa vurdu - FOTO Premyer Liqanın rekordçusu 40 yaşında karyerasını başa vurdu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər