İdman

Altıncı dəfə dünya çempionatında: 41 yaşlı Oçoa yenidən Meksika yığmasının heyətində

01 Jun 2026, 13:32 1 baxış
Altıncı dəfə dünya çempionatında: 41 yaşlı Oçoa yenidən Meksika yığmasının heyətində
Futbol üzrə Meksika milli komandasının 2026-cı il dünya çempionatının final mərhələsində iştirak edəcək yekun heyəti ictimaiyyətə təqdim olunub. Oxu.Az xəbər verir ki, yığmanın baş məşqçisi Xavyer Aqirrenin turnirə cəlb etdiyi 26 futbolçu arasında 41 yaşlı qapıçı Gilyermo Oçoa xüsusi diqqət çəkir. Bu, veteran qolkiperin karyerasında 6-cı dünya çempionatı kimi tarixə düşəcək. O, daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da komandasının şərəfini qoruyub. Qapıçılar: Raul Rangel ("Qvadalaxara"), Karlos Asevedo ("Santos Laquna"), Gilyermo Oçoa (AEL). Müdafiəçilər: İsrael Reyes ("Amerika"), Xorxe Sançes (PAOK), Sesar Montes ("Lokomotiv"), Edson Alvares ("Fənərbaxça"), Xoan Vaskes ("Cenoa"), Xesus Qalyardo ("Toluka"), Mateo Çaves ("AZ Alkmaar"). Yarımmüdafiəçilər: Alvaro Fidalqo ("Betis"), Brian Qutyerres ("Qvadalaxara"), Orbelin Pineda (AEK Afina), Erik Lira ("Krus Asul"), Luis Romo ("Qvadalaxara"), Obed Varqas ("Atletiko"), Cilberto Mora ("Tixuana"), Luis Çaves ("Dinamo" Moskva). Hücumçular: Roberto Alvarado ("Qvadalaxara"), Sesar Uerta ("Anderlext"), Gilyermo Martines ("Pumas"), Armando Qonsales ("Qvadalaxara"), Santyaqo Ximenes ("Milan"), Raul Ximenes ("Fulhem"), Xulian Kinyones ("Əl-Qadisiyə"), Ernesto Veqa ("Toluka"). Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Meksika millisini maraqlı qarşılaşmalar gözləyir. Komanda bu mərhələ çərçivəsində Cənubi Afrika Respublikası, Cənubi Koreya və Çexiya yığmaları ilə qüvvəsini sınayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər