İdman

Türkiyəli forvard karyerasını Azərbaycanda davam etdirəcək

01 Jun 2026, 12:32 17 baxış
Türkiyəli forvard karyerasını Azərbaycanda davam etdirəcək
"Zirə" futbol klubu türkiyəli hücumçu ilə bağlı qərarını verib. Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Eren Aydınla müqaviləni uzadıb. Rəşad Sadıqovun israrla istədiyi futbolçu ilə rəhbərlik razılıq əldə edib. Türkiyəli forvardla 3 illik müqavilə imzalanıb. O, bir neçə klubdan təklif alsa da, "Zirə"də qalmağa üstünlük verib. 23 yaşlı futbolçu Sadıqovla çalışmaq istədiyi üçün Azərbaycanda qalmaq istəyib. Eren Aydın ötən mövsüm "qartallar"da 15 matçda 4 qol vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər