İdman

Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

01 Jun 2026, 09:19 2 baxış
Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan millisi bu axşam Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, kollektivimiz 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək. Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq. Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək. Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər