İdman

Azərbaycanlı futbolçu Albaniyada növbəti çempionluğu qeyd edir

01 Jun 2026, 09:40 2 baxış
Azərbaycanlı futbolçu Albaniyada növbəti çempionluğu qeyd edir
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" klubu növbəti dəfə Albaniya çempionu olub. Oxu.Az xəbər verir ki, komanda sonuncu turda "Dinamo"ya (Tirana) qarşı 2:0 hesabı ilə inamlı qələbə qazanıb. Zamiq Əliyev matça start heyətdə çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vuraraq oyunun taleyini erkən həll edib. Qeyd edək ki, "Eqnatiya" ardıcıl 3-cü mövsümdür Albaniya çempionu olur. Zamiq Əliyev isə son iki çempionluğun bilavasitə iştirakçısıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər