İdman
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
PSJ futbol klubu və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qalibi olub. Oxu.Az "Çempionat"a istinadla xəbər verir ki, bu nəticə ilə Hakimi futbol tarixində Afrikadan olan ən çox titullu oyunçuya çevrilib. Onun ümumi titul sayı 19-a çatıb. Bundan əvvəl rekord Kamerun millisinin sabiq futbolçusu Samuel Eto'Oya məxsus idi (18 titul). Qeyd edək ki, Hakimi Paris klubunun heyətində beş dəfə Fransa çempionu olub, iki dəfə Fransa Kubokunu, üç dəfə isə ölkə Superkubokunu qazanıb. O, həmçinin PSJ ilə iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub və bir dəfə UEFA Superkubokunu əldə edib. Bundan əlavə, futbolçu "İnter", "Borussiya Dortmund" və "Real Madrid"də də çıxış etdiyi dövrlərdə müxtəlif titullar qazanıb.
Mənbə
oxu.az